Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Brüsselə işgüzar səfərə gedir. Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunduğu üzrə, İlia Darçiaşvilinin Brüsselə səfəri sentyabrın 25-26-da baş tutacaq.
“İlia Darçiaşvili Avropa Komissiyasında, belə ki Avropanın Genişlənmə və Qonşuluq Siyasəti Məsələləri, həmçinin Avropa Komissiyasının daxili işlər üzrə komissarı, Avropa Komissiyasının vitse-prezidenti, Dəyərlər və Şəffaflıq Məsələləri, Enerji Məsələləri üzrə Avropa komissarı və İqtisadi Məsələlər üzrə Avropa komissarı ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində İlia Darçiaşvili həmçinin Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun baş direktoru ilə də görüşəcək. Eləcə də, Aİ-yə üzv ölkələrin daimi nümayəndələri ilə işgüzar görüş keçiriləcək” – deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.