İlia Darçiaşvili Böyük Britaniyanın səfiri Mark Kleyton ilə vida görüşü keçirib
Xarici işlər naziri İlia Darçiaşvili Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri Mark Kleyton ilə vida görüşü keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər iki ölkə arasında qurulan strateji tərəfdaşlığı vurğuladılar.
İntensiv siyasi dialoqun və sektoral əməkdaşlığın dərinləşdirilməsi prosesində “Wardrop Strategic Dialogue”un əhəmiyyəti qeyd edildi.
Səfir səmərəli əməkdaşlığa görə nazirə təşəkkürünü bildirib və Böyük Britaniya ilə Gürcüstan arasında mövcud sıx əlaqələri vurğuladı.
Britaniyalı diplomat Böyük Britaniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin, Avropa istəkləri istiqamətində güclü dəstəyini bir daha qeyd edib.
Gürcüstanın Avropaya inteqrasiya yolunda uğurları vurğulanıb. Gürcüstanın artıq bu istiqamətdə, o cümlədən kompleks islahatların uğurla həyata keçirilməsi yolu ilə mühüm addımlar atdığı qeyd olunub.
Görüşün sonunda nazir səfirə fəaliyyətinə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb”, – XİN-in məlumatında qeyd edilib.