İlia Darçiaşvili - Borrellin səfəri xüsusi əhəmiyyət daşıyırdı və oktyabrda müsbət qiymətləndirmə və ilin sonunda isə status almağımıza kömək edəcək
Əhval-ruhiyyə olduqca optimistdir. Borrellin Gürcüstana səfəri xüsusi əhəmiyyəti və doluluğu ilə seçilirdi -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Aİ-nin ali nümayəndəsi Cozef Borrellin Gürcüstana səfərini dəyərləndirərkən jurnalistlərə danışıb.
O, səfər çərçivəsində Borrelli hakim komanda tərəfindən tövsiyələrin icrası istiqamətində görülən işlərlə tanış etdiklərini bildirib.
“Vaxt baxımından da səfər olduqca vacib idi, çünki əhalimiz bilir ki, oktyabrda Avropa Komissiyasının qiymətləndirməsini gözləyirik. Avropa İttifaqının Gürcüstan üçün müəyyən etdiyi bütün prioritetlərdən danışdıq. Ölkəmizin, hakim komandanın, hökumətin prioritetləri yerinə yetirmək üçün gördüyü nəhəng işləri təqdim etdik. Elə məsələlər var ki, bu və ya digər məsələnin qərarlaşdırılması ilə bağlı yekun razılığa gəlmək üçün Avropa İttifaqı və Gürcüstan öz mövqelərini yaxınlaşdırmalıdırlar. Bu səfər bizim hamımıza oktyabrda müsbət qiymətləndirmə və ilin sonunda Gürcüstana status qazanmağa kömək edəcək”- İlia Darçiaşvili bildirib.