Fevralın 27-də xarici işlər naziri İlia Darçiaşvili BMT-nin Qaçqınlar üzrə ali komissarı Filipo Qrandi ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumat üzrə, İlia Darçiaşvili Filipo Qrandini 2023-cü ilin sonunda “İkinci Qlobal Qaçqınlar Forumu”nun uğurla keçirilməsi münasibətilə təbrik edib və Ali Komissarlığın Gürcüstandakı Ofisinin fəaliyyətini təqdir edib.
“İlia Darçiaşvili Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində ağır humanitar vəziyyətdən danışıb, məcburi köçkün və qaçqınların hüquqları məsələsini xüsusi vurğulayıb.
Nazir işğal olunmuş bölgələrdə yaşayan vətəndaşların ehtiyacları ilə bağlı Ali Komissarlığın Tbilisi Ofisinin fəaliyyətinin əhəmiyyətini qeyd edib.
İşğal olunmuş bölgələrdə insan hüquqlarının pozulması faktlarına toxunulub.
İlia Darçiaşvili işğal olunmuş bölgələrə beynəlxalq mexanizmlərin buraxılmasına icazə verilməsinin vacibliyini, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının gündəliyində bu məsələnin yüksək səviyyədə saxlanmasının vacibliyini vurğulayıb.
Tərəflər Gürcüstan hökumətinin məcburi köçkünlər və qaçqınlarla bağlı siyasəti və proqramları barədə danışıblar.
İlia Darçiaşvili fevralın 26-27-də Cenevrə şəhərində olub. Səfər çərçivəsində nazir BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak edib və auditoriya qarşısında çıxış edib”- XİN-dən bildiriblər.