İlia Darçiaşvili BMT Baş Assambleyasının Ukraynadakı müharibənin ildönümü ilə bağlı xüsusi sessiyasında iştirak edəcək
İlia Darçiaşvili BMT Baş Assambleyasının Ukraynadakı müharibənin ildönümü ilə bağlı xüsusi sessiyasında iştirak edəcək

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Nyu-Yorkda işgüzar səfərdədir və Ukraynada müharibənin ildönümü ilə əlaqədar fevralın 22-23-də keçiriləcək BMT Baş Assambleyasının on birinci xüsusi sessiyasının XVII plenar iclasında iştirak edəcək.

İlia Darçiaşvili sessiya iştirakçılarına müraciət edəcək. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı çərçivəsində təşəbbüsü irəli sürülən qətnamə layihəsinin – “Ukraynada hərtərəfli, ədalətli və uzunmüddətli sülhün əsasını təşkil edən Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsipləri”nin müzakirəsi planlaşdırılır.

İlia Darçiaşvili Nyu-Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşis və digər nazirlərlə görüşlər keçirəcək.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.