İlia Darçiaşvili BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində nazir həmkarları ilə ikitərəfli görüşlər keçirir
İlia Darçiaşvili BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində nazir həmkarları ilə ikitərəfli görüşlər keçirir

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində nazir həmkarları ilə ikitərəfli görüşlər keçirir. İlia Darçiaşvili Qətərin dövlət xarici işlər naziri Soltan Bin Saad Al Muraix ilə görüşüb. Görüşdə nazirlər Gürcüstan və Qətər arasında ikitərəfli münasibətlərin cari gündəliyini və prioritet məsələləri müzakirə ediblər.

Nazirlər iki ölkə arasında münasibətlərin son vaxtlar intensivləşməsini alqışlayıblar, bu da əməkdaşlığın müxtəlif sahələrinə müsbət təsir göstərəcək. Bu baxımdan Gürcüstanın baş nazirinin Qətərə səfəri və keçirdiyi görüşlər, o cümlədən Qətər əmiri ilə görüşlər məmnunluqla qeyd olunub.

Nazirlər Qətər və Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığı müsbət qiymətləndirib, bu istiqamətdə ölkələr arasında mövcud olan böyük potensialı, o cümlədən Qətərə gürcü məhsullarının artan idxalını və gürcü məhsullarının ölkənin iri supermarketlərində satışını qeyd ediblər.

Nazirlər iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün müvafiq ticarət sazişlərinin imzalanması məqsədilə aidiyyatı qurumların iştirakı ilə fəal işləməyə dair razılaşıblar. Turist axını və Qətərli turistlərin Gürcüstanın görməli yerlərinə yüksək marağı da müsbət qiymətləndirilib.

Bu xüsusda, Qətər Hava Yollarının Gürcüstanda uğurlu fəaliyyəti və insanlar arasında əlaqələrin dərinləşməsinə töhfə verən birbaşa uçuşlar qeyd olunub. Görüşdə ölkələr arasında çoxtərəfli formatlarda mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub, Qətərin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb.