İlia Darçiaşvili - biz yenə də Ukrayna xalqının yanındayıq, Gürcüstanın Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyirəm
Bir daha Gürcüstanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyirəm – bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ATƏT-in ministerialında çıxışında açıqlayıb.
O , Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü nəticəsində Avropanın təhlükəsizlik arxitekturasının dağıldığını bildirib.
“Doqquz ay bundan əvvəl Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü nəticəsində Avropanın təhlükəsizlik arxitekturası dağıldı. Humanitar nəticələr dəhşətlidir, minlərlə insan həyatını itirib və milyonlarla vətəndaş məcburi köçkünə çevrilib. Biz yenə də Ukraynanın və Ukrayna xalqının yanındayıq. Bir daha Gürcüstanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyirəm” -deyə İlia Darçiaşvili açıqlayıb.