İlia Darçiaşvili - baş nazirin səfəri xüsusi əhəmiyyət kəsb edirdi, çünki Macarıstan ölkəmizin Avropa və Avro-Atlantik inteqrasiyasının görkəmli tərəfdarıdır
İlia Darçiaşvili - baş nazirin səfəri xüsusi əhəmiyyət kəsb edirdi, çünki Macarıstan ölkəmizin Avropa və Avro-Atlantik inteqrasiyasının görkəmli tərəfdarıdır

 

Gürcüstanın baş nazirinin Macarıstana rəsmi səfəri bu gün başa çatıb. Macarıstan ölkəmizin Avropa və Avro-Atlantik inteqrasiyasının görkəmli tərəfdarıdır. Müvafiq olaraq, bu səfər xüsusi əhəmiyyət kəsb edirdi – bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Gürcüstan hökumətinin başçısı İrakli Ğaribaşvilinin Macarıstana səfərini dəyərləndirərkən açıqlayıb.

O , sözügedən səfərin Gürcüstanın Avropa və Avro-Atlantik məkana inteqrasiyası yolunda konkret nəzərəçarpacaq nəticələr verəcəyini bildirib. Bundan əlavə, nazir iki ölkə arasında mövcud uğurlu əməkdaşlığın yeni mərhələyə keçəcəyini bildirib.

“İllər ərzində qurduğumuz ikitərəfli münasibətlərdə ölkələrimizi daha da yaxınlaşdıracaq, əməkdaşlığı daha da gücləndirəcək yeni konkret impulslar olacaq”- deyə Darçiaşvili qeyd edib və ticarət-iqtisadi əlaqələrin, eləcə də təhsil sahəsində əməkdaşlığın Gürcüstan və Macarıstan arasında əlaqələrin gücləndirilməsi üçün prioritet istiqamətlər olacağını xüsusilə vurğulayıb.

“Münasibətləri necə gücləndirmək və dərinləşdirmək barədə çox maraqlı və dərin müzakirələr apardıq. Əminəm ki, bu səfərdən sonra bizim daha dinamik, daha nəticəyönümlü əməkdaşlığımız olacaq. Biz Macarıstana ölkəmizin güclü dəstəkçisi kimi ümid edirik. Gürcüstanın öz xarici prioritetləri istiqamətində irəliləyişi uğurla davam etdirməsi üçün Macarıstan digər tərəfdaşlarla birlikdə ölkəmizi çox yüksək səslə və effektiv şəkildə dəstəkləyə və kömək edə biləcək ölkələrdən biri olacaq” -deyə İlia Darçiaşvili bildirib.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.