İlia Darçiaşvili - baş nazirin Brüsselə səfəri Gürcüstanın NATO-nun mühüm və dəyərli tərəfdaşı olduğunu bir daha vurğuladı
Gürcüstanın Baş nazirinin Brüsseldə iki olduqca vacib görüşü olub. NATO-nun baş katibi ilə görüşdən başlayaq, görüş NATO-nun mənzil-qərargahında baş tutub, ənənəvi olaraq, Gürcüstanın Baş naziri gələndə olduqca vacibdir. NATO-Gürcüstan ikitərəfli münasibətlərində bizim əsas əməkdaşlıq məsələlərinə diqqət yönəldilir – bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.
O, bu əməkdaşlıq və tərəfdaşlığın regionda təhlükəsizliyin gücləndirilməsi məqsədilə konkret nəzərəçarpacaq nəticələr verdiyini deyib.
“Bu səfərlə, bu görüşlə Gürcüstanın NATO-nun, NATO-ya üzv dövlətlərin regionumuzda mühüm və dəyərli tərəfdaşı olduğu bir daha vurğulandı. Bu əməkdaşlıq və tərəfdaşlıqlar regionumuzda təhlükəsizliyin möhkəmləndirilməsi üçün konkret nəzərəçarpacaq nəticələr verir və bu gələcəkdə də davam edəcək. Həmçinin, mətbuat konfransında baş katib və baş nazir bu əməkdaşlığın dəyərini və regionumuzun təhlükəsizliyi istiqamətində bu tərəfdaşlığın nəticələrini bir daha vurğuladılar. Bu əməkdaşlıq, şübhəsiz ki, davam edəcək. Biz bir daha praktiki əməkdaşlığın komponentlərini və hazırda, bu məqamda Gürcüstan və NATO-nun mövcud dinamikasını müzakirə etdik” -deyə İlia Darçiaşvili açıqlayıb.