İlia Darçiaşvili - Baş nazir ölkə iqtisadiyyatının böyüməyə davam etməsi üçün aktiv olaraq işləyir, bu da hər bir vətəndaş üçün vacibdir
Baş nazirin Münhendə bir neçə böyük şirkətlə görüşü olub -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Münhendə gürcü jurnalistlərə açıqlayıb.
İlia Darçiaşvilinin qeyd etdiyi kimi, görüşlər zamanı Gürcüstanda yaradılan və beynəlxalq şirkətlər üçün cəlbedici olan investisiya mühiti müzakirə olunub.
“Siyasi görüşlərlə yanaşı, Gürcüstanın biznes üçün cəlbediciliyini şirkətlərlə bölüşmək üçün baş nazir hər zaman, o cümlədən burada da bu görüşləri keçirir. Baş nazir ölkə iqtisadiyyatının böyüməyə davam etməsi üçün bu istiqamətdə də aktiv olaraq işləyir, bu da hər bir vətəndaş üçün vacibdir” – deyə Darçiaşvili açıqlayıb.