İlia Darçiaşvili - baş nazir BMT Baş Assambleyasında çıxışı zamanı sülhsevər qonşuluq siyasətinə vurğu edəcək
İlia Darçiaşvili - baş nazir BMT Baş Assambleyasında çıxışı zamanı sülhsevər qonşuluq siyasətinə vurğu edəcək

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili BMT Baş Assambleyasında çıxışı zamanı sülhsevər qonşuluq siyasətinə vurğu edəcək-bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bildirib.

O bildirib ki, baş nazirin çıxışının mövzusu Gürcüstanın beynəlxalq gündəmində olan bütün məsələlər olacaq.

“Bildiyiniz üzrə, Gürcüstanın baş naziri BMT Baş Assambleyasına müraciət edəcək. Bütün çağırışlarla bağlı çox vacib vurğular ediləcək. Ötən il olduğu kimi, Gürcüstanın baş naziri əsas diqqəti sülhsevər qonşuluq siyasətinə yönəldəcək. Bildiyiniz üzrə, regionumuzda sülhün və sabitliyin olması bizim üçün hər şeydən vacibdir. Baş nazirin çıxışında əsas diqqət məhz bu istiqamətə, eləcə də Gürcüstanın beynəlxalq gündəmində olan bütün məsələlərə yetiriləcək” – deyə İlia Darçiaşvili bildirib.

Gürcüstan hökumətinin başçısı bu gün Baş Assambleyanın 77-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Nyu-Yorka yola düşüb. Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri İlia Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.