Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında Bakıda görüş keçirilib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumat üzrə, İlia Darçiaşvili həmkarına Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının üçtərəfli formatı çərçivəsində XİN rəhbərlərinin görüşünün yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə təşəkkür edib.
Görüşdə regionun inkişafı və onun rolunun ortaya çıxarılması baxımından bu formatın xüsusi əhəmiyyəti vurğulanıb.
Nazirlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın cari gündəliyini müzakirə ediblər. Gürcüstanın Baş nazirinin martın 16-da Bakıya nəzərdə tutulan rəsmi səfəri və yüksək səviyyəli görüşlər yüksək qiymətləndirilib və bu, nazirlərin qiymətləndirməsinə görə, ikitərəfli strateji tərəfdaşlığa əlavə təkan və dinamika qazandıracaq.