İlia Darçiaşvili - Azərbaycanda quru sərhədi ilə bağlı qərar qəbul etsələr, biz bunu təqdir edərik, onların vətəndaşlarının Gürcüstana gəlməsi daha asan olacaq
İlia Darçiaşvili - Azərbaycanda quru sərhədi ilə bağlı qərar qəbul etsələr, biz bunu təqdir edərik, onların vətəndaşlarının Gürcüstana gəlməsi daha asan olacaq

 
Turizmin daha da inkişaf etməsi üçün Azərbaycanın sərhədlərinin tam açılmasını təqdir edirik, qonşu və strateji tərəfdaş olan ölkədən bizə çox sayda ziyarətçi gəlirdi və bunun gələcəkdə də davam etməsini istəyirik- bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

Nazir, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentlərinin olduğunu bildirib.

“Onların sərhədlə bağlı konkret arqumentləri var, bu səbəbdən burada nəsə demək olduqca çətindir. Azərbaycan tərəfi müvafiq qərar qəbul edib sərhədi açsa biz bunu təqdir edərik. Mən Azərbaycan tərəfinin mövqeləri barədə danışmaq istəmirəm. Biz bilirik ki, təhlükəsizlik səbəbiylə sərhədlər bağlananda səbəblərdən biri “Covid” idi. Sonradan ümumilikdə regionda hadisələr təhlükəsizlik baxımından inkişaf etdi, o səbəbdən Azərbaycanın niyə belə qərar qəbul etdiyinə dair mövqeyini deyə bilmərəm. Qərar qəbul edərlərsə, biz bunu təqdir edərik və onların vətəndaşlarının Gürcüstana gəlməsi daha asan olacaq”- deyə Darçiaşvili açıqlayıb.