İlia Darçiaşvili Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə görüşüb
Azərbaycana səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə görüşüb.
Gürcüstan XİN verilən məlumata görə, nazir Azərbaycana səfəri çərçivəsində səmimi qəbul və keçirilmiş görüşlərdən məmnunluğunu ifadə edib.
“Tərəflər səfərin iki ölkə arasında əməkdaşlığa əlavə təkan verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Baş nazirlə görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrə xüsusi diqqət yetirilib, Azərbaycanın Gürcüstanın ticarət tərəfdaşları arasında lider ölkə olduğu məmnunluqla qeyd edilib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlərin intensivləşdirilməsinə hazırlıq ifadə olunub.
Azərbaycanın baş naziri ilə görüşdə Gürcüstan və Azərbaycanın regionda enerji müstəqilliyi və enerji təhlükəsizliyi, eləcə də alternativ tranzit marşrutlarının inkişafı baxımından roluna xüsusi diqqət yetirilib. Alternativ tranzit marşrutlarının inkişafı baxımından tərəflər iki ölkənin iştirakı ilə mövcud layihələrin uğurlu gedişatını alqışlayıblar.
Tərəflər müxtəlif sahələrdə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə hökumətlərarası əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəliblər” – deyə XİN-in bəyanatında deyilir.