İlia Darçiaşvili enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson ilə görüşüb
17 oktyabr 2023-cü il tarixində xarici işlər naziri İlia Darçiaşvili Tbilisidə enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesi müzakirə olunub. Ölkəyə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyəsi qeyd olunub.
“Tərəflər Gürcüstan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində Gürcüstanın mühüm rolu vurğulanıb.
Görüşdə tərəflər Gürcüstanın iştirak etdiyi qlobal əhəmiyyətli enerji layihələrini müzakirə ediblər. Qara dəniz kabel layihəsinin əhəmiyyəti xüsusilə qeyd olunub.
Həmçinin yaşıl enerjinin inkişafı sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.