İlia Darçiaşvili Avropa Parlamentinin üzvü Mixael Qaler ilə görüş keçirib
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə avropalı parlamentari Mixael Qalerin Brüsseldə Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 7-ci sessiyası çərçivəsində keçirilən görüşünün əsas müzakirə mövzusu Gürcüstan-Avropa İttifaqı əməkdaşlığının əsas prioritetləri, Avropaya inteqrasiya yolunda əldə olunan irəliləyiş və işğal olunmuş bölgələrdəki mövcud vəziyyət olub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Nazirlikdən verilən məlumatda, görüş zamanı Gürcüstana Avropa perspektivinin tanınması ilə bağlı tarixi qərarın vurğulandığı deyilir və Gürcüstanın Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək üçün fəal çalışacağı bildirilib. Görüşdə tərəflər Gürcüstan ilə Avropa Parlamenti arasında səmərəli və sıx əməkdaşlığı qeyd ediblər.
Regionda təhlükəsizlik mühitindən danışılarkən Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış çağırışlara diqqət yetirilib. Münaqişənin həlli prosesində Gürcüstan hökumətinin sülh siyasəti və Avropa Parlamentinin ölkənin ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyi qeyd edilib.