İlia Darçiaşvili - Avropa komissarı ilə görüşdə statusla bağlı gözləntilər və prioritetlərin yerinə yetirilməsi baxımından hökumətin atdığı addımlar barədə danışmaq imkanımız olacaq
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin Brüsselə səfəri çərçivəsində Avropa komissarı Oliver Varhei ilə görüşündə namizəd statusu ilə bağlı gözləntilər müzakirə olunacaq.
Onun sözlərinə görə, görüşdə tövsiyələrin icrası istiqamətində atılan addımlardan da danışılacaq.
“Biz bu yaxınlarda məruzəçinin qiymətləndirməsini eşitdik, bu gün hökumətimizin 12 prioritet istiqamətində həyata keçirdiyi konkret addımlarımız və qanunvericilik dəyişiklikləri barədə danışmaq imkanımız olacaq. Bu gün biz, şübhəsiz ki, tərəfimizdən gözləntilər, konkret nəticələr haqqında və gələcək addımlar, ikitərəfli koordinasiyanın necə davam edəcəyi barədə danışacağıq”, – İlia Darçiaşvili bildirib.