İlia Darçiaşvili - Avropa İttifaqının mütləq tamhüquqlu üzvü olacağımızla bağlı Gürcüstan Avropa İttifaqından siyasi vəd alıb, hüquqi baxımdan bunun üçün əsas yaradılıb
İlia Darçiaşvili - Avropa İttifaqının mütləq tamhüquqlu üzvü olacağımızla bağlı Gürcüstan Avropa İttifaqından siyasi vəd alıb, hüquqi baxımdan bunun üçün əsas yaradılıb

 
Bütün ölkələrin rəngarəng və müxtəlif tipli avrointeqrasiya təcrübəsi var, Gürcüstan halında biz son 11 il ərzində çox konkret nəticələr əldə etmişik -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

Nazir, Gürcüstanın Avropa İttifaqına gedən yolda artıq nəzərəçarpacaq nəticələrə malik olduğunu bildirib.

“Ən əsası, bir daha təkrar etmək istəyirəm ki, Avropa İttifaqının mütləq tamhüquqlu üzvü olacağımızla bağlı Gürcüstan Avropa İttifaqından siyasi vəd alıb, hüquqi baxımdan bunun üçün əsas yaradılıb. Dəyişən odur ki, Avropa İttifaqının yeni coğrafi konturlarında Gürcüstanın xəritədə öz yeri var və biz bu dönməz prosesin gələcəkdə də davam etməsi, Avropaya inteqrasiyanın xalqımıza gətirdiyi konkret, nəzərəçarpacaq nəticələri görmək üçün hər şeyi edəcəyik”- Darçiaşvili açıqlayıb.