İlia Darçiaşvili - Avropa İttifaqının xarici işlər şurasının iclasında hamı Gürcüstanı Avropa ailəsində gördüyünü vurğuladı, bu da bizim üçün mühüm mesajdır
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi və Cozef Borellin sədrlik etdiyi xarici işlər şurasının iclasına Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbərinin dəvət edilməsinin tərəfdaşların Avropaya inteqrasiya istiqamətində yüksək marağını ifadə etdiyini bildirib.
Darçiaşvili bugünkü görüşdə Aİ-Gürcüstanın ikitərəfli gündəliyindəki məsələlərin müzakirə edildiyini bildirib.
“İqtidarımızın Avropaya inteqrasiya istiqamətində atdığı konkret addımlar barədə məlumatı paylaşmaq imkanım oldu. Gələcəkdə planlaşdırılan addımlar. Həmçinin 12 tövsiyənin icrasından, bu istiqamətdə atılan konkret addımlardan danışdıq. Çox maraqlı və nəticə yönümlü ünsiyyət oldu. Bugünkü görüş öz əhəmiyyəti ilə seçilirdi və Avro-inteqrasiya istiqamətində mütləq konkret, nəzərəçarpacaq nəticələr qazandıracaq”-deyə İlia Darçiaşvili Gürcüstanın Birinci Kanalının efirində açıqlayıb.
İlia Darçiaşvili əhval-ruhiyyənin olduqca müsbət olduğunu, Cozef Borrellin Gürcüstanın Avropaya inteqrasiyası məsələlərinə münasibət bildirdiyini açıqlayıb.
“Biz ondan olduqca güclü, dəstəkləyici bəyanatlar dinlədik və ümumiyyətlə qeyd etmək istərdim ki, dəyirmi masa ətrafında Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri bizə qarşı çox müsbət münasibət göstərirdilər. Demək olar ki, hamısı Gürcüstanın Avropa ailəsinə inteqrasiyasını qətiyyətlə dəstəklədiyini ifadə etdi. Hamı birmənalı olaraq Gürcüstanı Avropa ailəsində gördüyünü xüsusilə vurğuladı və bu, Avropa Komissiyasının verdiyi tövsiyələrdən irəli gələn ehtiyacları qarşılamaq istiqamətində islahatlarımızı gücləndirmək, gündəlik aktivliklərimizi və fəaliyyətimizi gücləndirmək üçün xüsusilə vacib mesajdır. Gürcüstanın Avro-inteqrasiya istiqamətində islahatların gündəliyinin həyata keçirilməsinə qətiyyətlə sadiq olduğunu və gələcəkdə də bu istiqamətdə aktiv iş aparacağımıza əmin etdim. Biz müxtəlif mövzularda danışdıq, lakin təbii ki, əsas məsələ Gürcüstanın Avropaya inteqrasiyasının gələcəyi idi” -deyə İlia Darçiaşvili açıqlayıb.