İlia Darçiaşvili - Avropa İttifaqı Şurasının Gürcüstanın islahatların həyata keçirilməsi prosesində atdığı mühüm addımları tanıyan rəyini alqışlayıram
Avropa İttifaqı Şurasının Gürcüstanın islahatların həyata keçirilməsi prosesində atdığı mühüm addımları tanıyan rəyini alqışlayıram – bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili şəxsi “Twitter” səhifəsində yazır.
Postda nazir həmçinin qeyd edir ki, Gürcüstan Avropa İttifaqına daxil olmaq yolunda irəliləmək üçün Avropa Komissiyasının müəyyən etdiyi prioritetləri yerinə yetirməkdə davam edir.
“Sektoral əməkdaşlığın gücləndirilməsi və Avropa İttifaqının daxili bazarına inteqrasiya Gürcüstanın Avropa İttifaqına üzvlüyü üçün vacibdir. Genişlənmə paketi çərçivəsində Gürcüstanın tərəqqisi 2023-cü ildə qiymətləndiriləcək” -deyə Darçiaşvili yazır.