İlia Darçiaşvili - ATƏT ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb edir, əminəm ki, təşkilat əvvəllər olduğu kimi, gələcəkdə də sülhü və sabitliyi təmin edəcək
İlia Darçiaşvili - ATƏT ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb edir, əminəm ki, təşkilat əvvəllər olduğu kimi, gələcəkdə də sülhü və sabitliyi təmin edəcək

 

Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşdə biz regionda mövcud mürəkkəb geosiyasi vəziyyətdən danışdıq, həmçinin Ukraynada davam edən müharibə ilə bağlı fikirlərimizi bölüşmək imkanımız oldu – bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

İlia Darçiaşvili ATƏT-ə sədrlik edən ölkənin XİN rəhbəri ilə görüşdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün ATƏT-in bütün mexanizmlərindən istifadənin vacibliyinə diqqət yetirildiyini bildirib.

“Nazir Osmana Gürcüstanın ATƏT çərçivəsində Ukraynaya dəstək olaraq atdığı addımlar barədə özünün də yaxşı bildiyi kimi ətraflı məlumat verdim və bu prosesin gələcəkdə də davam edəcəyini açıq şəkildə qeyd etdim. Gürcüstan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi barədə də danışmaq imkanımız oldu. İki nazirlik arasında intensiv dialoqa başladığımız üçün olduqca şadıq, çünki Şimali Makedoniyanın həm Avropaya inteqrasiya, həm də NATO istiqamətində keçdiyi yol bizim üçün çox dəyərlidir. Minnətdaram və bu gün də dəyərli həmkarımdan bu bilik və təcrübə prosesinin gələcəkdə də davam edəcəyinə dair hazır olduğunu eşitdim və biz bu dəstəyi çox yüksək qiymətləndiririk. Ümidvaram ki, biz gələcəkdə bu istiqamətdə sıx əməkdaşlığımızı davam etdirəcəyik və ən əsası iki ölkə arasında əməkdaşlığın daha da güclənməsinə və dərinləşməsinə maraq və istəyimizi ifadə etmişik.  ATƏT-in sədrinə Gürcüstanın ATƏT-in hər üç ölçüsü çərçivəsində mövcud səmərəli əməkdaşlığı davam etdirəcəyini bildirdim. Mən açıq şəkildə bildirmək istərdim ki, ATƏT ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb edir və əminəm ki, təşkilat əvvəllər olduğu kimi, gələcəkdə də sülhü və sabitliyi təmin edəcək və bu mühüm proses dəstəklənəcəkdir. Gürcüstan əsas prioritetlərin yerinə yetirilməsi və həyata keçirilməsi istiqamətində təşkilat çərçivəsində tərəfdaşlarla aktiv şəkildə birgə işləmək üçün hər şeyi edəcək”- deyə Darçiaşvili açıqlayıb.