Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın geniş spektrini və müvafiq istiqamətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
“Görüşdə regional siyasət və təhlükəsizlik məsələlərinə də diqqət yetirilib. ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də ölkənin xarici siyasət prioritetlərinə qətiyyətli dəstəyini bir daha təsdiqləyib. Tərəflər ölkələr arasında mövcud səmərəli əməkdaşlığı davam etdirməyə və daha da intensivləşdirməyə hazır olduqlarını təsdiqləyiblər”- Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.