İlia Darçiaşvili ABŞ-ın Avropa Komandanlığının rəhbəri ilə görüşüb
İlia Darçiaşvili ABŞ-ın Avropa Komandanlığının rəhbəri ilə görüşüb

Münhen Konfransı çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbəri Avropanın Müttəfiqləri Ali Baş Komandanı və ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Kristofer Kavoli ilə görüş keçirib.

Görüşdə tərəflər Gürcüstan və ABŞ arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Amerikanın Gürcüstana qəti siyasi və praktiki dəstəyi vurğulanıb.

Diqqət regionda təhlükəsizlik mühiti və Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış vəziyyətə yönəldilib. Qara dəniz regionunun həm təhlükəsizlik, həm də iqtisadi baxımından artan əhəmiyyəti qeyd edilib.

Həmçinin, ABŞ-ın Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və ölkənin xarici siyasət prioritetlərinə dönməz dəstəyi qeyd olunub.