İlia Darçiaşvili ABŞ dövlət katibinin köməkçisi Erin Barkli ilə görüşüb
İlia Darçiaşvili ABŞ dövlət katibinin köməkçisi Erin Barkli ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən yüksək səviyyəli sessiyasında iştirak çərçivəsində ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Erin Barkli ilə görüşüb.

Görüşdə tərəflər ABŞ-Gürcüstan strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstanın demokratik, iqtisadi və institusional inkişafı prosesində Amerika Birləşmiş Ştatlarının xüsusi töhfəsinə xüsusi diqqət yetirilib.

Gürcüstan hakimiyyətinin insan hüquqlarının müdafiəsi baxımından göstərdiyi səylər həm müvafiq qanunvericilik bazasının hazırlanması, həm də hökumət səviyyəsində 2022-2030-cu illər üçün insan hüquqlarının müdafiəsi üzrə dövlət strategiyasının təsdiqi baxımından müsbət qiymətləndirilib.

Həmçinin, ABŞ tərəfi Gürcüstanın 2023-2025-ci illər üçün BMT İnsan Hüquqları Şurasına üzvlüyünü alqışlayıb və təşkilatın məqsədlərinin səmərəli həyata keçirilməsi yolunda gürcü tərəfi ilə fəal əməkdaşlığa hazır olduğunu bildirib.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.