İlia Darçiaşvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
İlia Darçiaşvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlia Darçiaşvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub. Tərəflər regional təhlükəsizlik, Gürcüstanın sülh təşəbbüsü, işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

“Onlar münaqişənin həlli ilə bağlı sülh siyasətindən və bu prosesdə beynəlxalq tərəfdaşların rolundan danışıblar. ABŞ və Gürcüstan arasında uğurlu sektor əməkdaşlığı, o cümlədən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi vurğulanıb və bu xüsusda cənab O`Brayenin ötən il Gürcüstana uğurlu səfəri qeyd olunub”, – XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.