İlia Darçiaşvili - abxazlar və osetinlərlə birbaşa dialoq zəruridir
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentdə Pridon İncianın sualına cavab olaraq abxazlar və osetinlərlə birbaşa dialoqun zəruri olduğunu bildirib.
“Cənab Pridon, mənim birbaşa dialoqun zəruri olduğunu hesab edib-etməməmlə bağlı sualınıza, bəli, təsdiq edirəm və hesab edirəm ki, birbaşa dialoq zəruridir” – deyə Darçiaşvili bildirib.
Pridon İncia XİN rəhbərinə abxazlar və osetinlərlə birbaşa dialoqun zəruriliyinə inanıb-inanmaması barədə sual ünvanlayıb.
“Sizcə, bu məsələni abxazlar və osetinlərlə birbaşa dialoq olmadan həll etmək olarmı? Sanki vəzifələrindən biri ölkəni birləşdirmək olan Xarici İşlər Nazirliyi ilə sizin aidiyyatınız yoxdur. Sizdən bir nazir kimi yox, bir vətəndaş kimi soruşuram, sizcə, ölkənin bu iki hissəsi birbaşa dialoq olmadan Gürcüstana qayıtmalıdırmı?”