İlia Darchiaşvili - türk dostlarımıza başsağlığı verir, zəlzələ nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram
İlia Darchiaşvili - türk dostlarımıza başsağlığı verir, zəlzələ nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram

 
Gürcüstanın xarici işlər naziri İlia Darchiaşvili Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara görə məyus olduğunu ifadə edir və türk xalqına başsağlığı verir.

Darchiaşvilinin “Twitter” sosial şəbəkəsində yazdığı kimi, zəlzələ nəticəsində xəsarət alanların isə tezliklə sağalmasını arzulayır.

“Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı xəbər sarsıdıcıdır. Türk dostlarıma başsağlığı vermək və bütün yaralıların tezliklə sağalmasını arzulamaq istəyirəm”-deyə İlia Darchiaşvili yazır.

Türkiyədə son məlumatlara görə, zəlzələ nəticəsində 76 nəfər həlak olub, 440 nəfər yaralanıb. Təbii fəlakət ölkənin cənub-şərqində yerləşən 10-dan çox şəhərə ziyan vurub. Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ordu səfərbər olunub.