İlia Darchiaşvili - Gürcüstanın Baş nazirinin Səudiyyə Ərəbistanına səfəri həqiqətən tarixidir, Fars körfəzi ölkələri ilə əməkdaşlıq əsas prioritetlərdən biridir
İlia Darchiaşvili - Gürcüstanın Baş nazirinin Səudiyyə Ərəbistanına səfəri həqiqətən tarixidir, Fars körfəzi ölkələri ilə əməkdaşlıq əsas prioritetlərdən biridir

 

Gürcüstanın Baş nazirinin Səudiyyə Ərəbistanı Krallığına səfəri həqiqətən də tarixidir, bu səfərin əsas nəticəsi bizim iki ölkə arasında ikitərəfli siyasi əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsidir. Biz hər zaman deyirik ki, Fars körfəzi ölkələri ilə əməkdaşlıq əsas prioritetlərdən biridir -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darchiaşvili açıqlayıb.

O, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanına səfərinin məhz bunu sübut etdiyini bildirib.

XİN rəhbərinin izah etdiyi kimi, səfərin çox vacib və xüsusi məqsədi var idi.

“İkitərəfli görüş zamanı baş nazir taxt varisi ilə olduqca məzmunlu müzakirə aparıb. Bu görüşlər çərçivəsində biz iki ölkənin maraqlarına cavab verən bütün əsas prioritetləri müəyyən etməyə çalışdıq.

Bu görüşlərdən sonra biz aktiv işə başlayacağıq. Müvafiq nazirliklər tapşırıq almışıq ki, koordinasiyanı aktiv şəkildə davam etdirək, iki ölkənin müxtəlif sahələrdə malik olduğu imkanları müəyyən edək. Bu, turizm, enerji sektoru və s. olacaq.

Biz Xarici İşlər Nazirliyi olaraq iki ölkə liderləri tərəfindən müəyyən edilmiş əsas prioritetlərin vaxtında həyata keçirilməsi və hər iki ölkənin bu əməkdaşlığın nəticələrini vaxtında hiss etməsi üçün bu prosesə qoşulacağıq və sıx koordinasiyaya kömək edəcəyik” -deyə İlia Darchiaşvili açıqlayıb.