İlham Əliyev – Ermənistan mahiyyətcə faşist dövlətidir və region üçün təhlükə mənbəyidir
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı “faşist dövləti” və “region üçün təhlükə mənbəyi” adlandırıb. İlham Əliyev bunu Azərbaycan telekanallarına müsahibəsində deyib.
Əliyevin sözlərinə görə, Ermənistan faktiki olaraq region üçün təhlükə mənbəyidir və müstəqil Ermənistan dövləti “mahiyyətcə faşist dövlətidir”. Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistan 30 ilə yaxın faşist ideologiyası ilə idarə olunub.
“Ona görə də faşizmi məhv etmək lazımdır. Ya Ermənistan rəhbərliyi onu məhv edəcək, ya da biz. Bizim başqa çarəmiz yoxdur”. – İlham Əliyev qeyd etdi.
Ermənistan Azərbaycan prezidentinin bəyanatlarına hələ ki, münasibət bildirməyib.