İlham Əliyev yapon agentliyinə müsahibə zamanı bəyan etdi ki, Azərbaycan və Gürcüstan arasındaki əməkdaşlıq səviyyəsi çox yüksəkdir
Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan və Azərbaycan arasındaki münasibətləri Cənubi Qafqaz regionunda əməkdaşlığın müvəffəqiyyətli nümunəsi adlandırdı.
Bu barədə bəynatı İlham Əliyev Yaponiyanın Nikkei nəşriyyatına müsahibə zamanı verib.
Müsahibə prezidentin rəsmi səhifəsində yayımlanıb.
“Əlbəttə ki, regionda sülh bütün vəziyyəti tamamilə dəyişəcək. Ümid edirəm ki, elə vaxt olacaq, Cənubi Qafqazın hər üç ölkəsi əməkdaşlıq edə biləcək. Misal üçün, hazırda Gürcüstan və Azərbaycan arasındaki əməkdaşlıq səviyyəsi çox yüksəkdir.
Biz strateji partnyorlarıq və Gürcüstanın hazırki iqtidarı ilə çox gözəl münasibətlərimiz var. Biz bir-birimizi dəstəkləyirik, yaxşı dost və yaxşı qonşularıq.
Baxın birlikdə nə qədər layihələr həyata keçiririk. Neft, qaz və enerji resurslarının nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Kars, Bakı-Tbilisi-Ceyhan, “Bakı-Tbilisi-Ərzurum “TANAP” və sairə.
Düşünürəm ki, Azərbaycan Türkiyə ilə bərabər, Gürcüstanın birinci və ya ikinci iri investoru və vergi ödəyicisidir” – dedi Azərbaycan prezidenti.
İlham Əliyevin dediyinə görə, 90-cı illərdə Qərb tərəfindən təkliflər edilirdi ki, neft-qaz boru xətti Ermənistan ərazisindən keçsin, çünki bu daha qısa marşrut olardı.
“Ancaq bunun üçün, Ermənistan Azərbaycanın işğal edilən ərazilərini boşaltmalı idi və o zaman boru xətti Azərbaycandan Ermənistada doğru çəkilə bilərdi, ordan da Naxçıvana və Türkiyəyə. Bu daha qısa marşrut idi. Xəritəyə baxsanız görərsiniz, qaz boru xətti qəsdlə, Ermənistanı yan keçərək, çəkilib. Ancaq ermənilər düşünürdülər ki, biz boru xətti layihəsini həyata keçirə bilməyəcəyik. Ona görə də, qeyd olunan təklifdən imtina etdilər və düşünürəm ki, indi ciddi şəkildə pişmandırlar. İşğala görə, onlar faktiki olaraq, çıxılmaz nöqtədə qaldılar” – dedi İlham Əliyev.