Ilham Əliyev - Seçkilərdən sonra qısa müddətdə Azərbaycana səfəri onu təsdiqləyir ki, Salome Zurabişvili bizim münasibətlərimizə böyük əhəmiyyət verir
“Gürcüstanla olan müsanibətlərimizə böyük əhəmiyyət veririk və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etməsinə sevinirik”, – bu barədə bəyanatı Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşdən sonra verdi.
“Azərbaycana xoş gəldiniz. Prezident seçkilərindəki qələbə ilə sizi yenə bir daha təbrik edirəm və çox sevinirəm ki, seçkilərdən qısa müddət sonra ilk səfərlərinizdən biri məhz Azərbaycana oldu. Bu onun göstəricisidir ki, siz ölkələrimiz arasındaki münasibətlərə böyük əhəmiyyət verirsiniz” – dedi İlham Əliyev.
Onun dediyinə görə, bugünki səfər onu təsdiqləyir ki, iki ölkə arasındaki münasibətlərin yaxşı gələcəyi var.
“Millətlərimiz əsrlər boyu bir-birininə dəstək oldular və hər zaman dostluq və qardaşlıq atmosferində yaşayırdılar. Bu güclü fundament əsasında biz yeni münasibətlər və hƏr sahədə əməkdaşlıqlar yaradırıq. Siyasi münasibətlərimiz də yüksək səviyyədədir və bir-birimizi hər zaman dəstəkləyirik” – dedi İlham Əliyev.