İlham Əliyev - Fransa Dağlıq Qarabağ məsələsi ilə bağlı, ATƏT Minsk qrupunun həmsədr mandatına müvafiq olaraq, neytraliteti qoruyur
Fransa, ATƏT Minsk qrupunun həmsədrlik mandatı ilə tələb edildiyinə görə, Dağlıq Qarabağ məsələsində öz neytralitetini qoruyur, – bu barədə bəyanatı Azərbaycan prezidenti İlham Əliyev Frans-24-ə verdiyi mühasibədə qeyd edib.
“Hər birimizin milli səviyyədə mütəfiqlərimiz və dostlarımız var, bəzi ölkələrlə daha fəal, bəziləri ilə isə daha az fəal. Bu normaldır və kimsə buna qarşı çıxmır. Ancaq hansısa ölkənin vasitəçi mandatı varsa, o zaman hər iki ölkə ondan neytralitet gözləyir. İndi biz bu neytraliteti görürük” – dedi İlham Əliyev.
Qarabağ münaqişəsində türk əsgərlərinin iştirakı ilə bağlı yayılan məlumatı Azərbaycan prezidenti yalanlayır.
İlham Əliyevin dediyinə görə, Azərbaycan necə Türkiyə, eləcədə Rusiya və İsrail tərəfindən istehsal olunan silahdan istifadə edir. Ancaq türk əsgər kontingentinə gəlincə, Əliyevin dediyinə görə, o bu münaqişədə iştirak etmir.
İlham Əliyvin bəyanatına görə, F-16 tipli türk avia-qırıcıları ölkədə Türkiyə ilə keçirilən birgə təlimlərdən sonra qalıb, ancaq onlardan istifadə etmirlər.