İlham Əliyev – Ermənistanın hazırkı hökuməti bizə qarşı ərazi iddiaları irəli sürüb, Azərbaycan bunu unutmamalıdır
Ermənistanın hazırkı hökuməti bizə qarşı ərazi iddiaları irəli sürüb, – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Yeni Azərbaycan” პartiyasının 8-ci qurultayında bildirib.
Əliyevin sözlərinə görə, bütün məsuliyyəti Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yükləmək mümkün deyil, lakin Ermənistanın əvvəlki liderləri hərbi cinayətkarlardır və cəzalarını çəkməlidirlər.
“Ermənistanın bugünkü hökuməti bizə qarşı ərazi iddiaları irəli sürüb, yersiz və qeyri-sivil bəyanatlarla Azərbaycan xalqını təhqir etməyə və onun ləyaqətinə toxunmağa cəhd göstərib”, – deyə Azərbaycan dövlətinin başçısı bildirib və əlavə edib ki, Azərbaycan bütün bunları heç vaxt unutmamalıdır.
Əliyevin bildirdiyinə görə, enerji ehtiyatları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amili halına gəlib.