İlham Əliyev - Ermənistan iqtidarı "Qarabağ Ermənistanındır deməyi buraxmalıdır"
İlham Əliyev - Ermənistan iqtidarı "Qarabağ Ermənistanındır deməyi buraxmalıdır"

“Ermənistan iqtidarı “Qarabağ Ermənistanındır deməyi buraxmalıdır”, – bu barədə bəyanatı Azərbaycan prezidenti İlham Əliyev “Avronyus” teleşirkəti ilə söhbət zamanı verdi.

“Prezidentliyim müddətində Ermənistanın iki sabiq prezidenti və hazırki baş naziri ilə danışıqlar apardım. Əvvəlki debatlar zamanı biz münaqişənin həlli üçün prinsiplər müəyyən etmişdik. Konstruktiv idik” – dedi İlham Əliyev.

Onun dediyinə görə, “iqtidara hökümət çevrilişi ilə gələn” Nikol Paşinyan danışıqlar prosesini yox etdi.

“Mən onunla dəfələrlə görüşdüm, ancaq bu görüşlər mənasız idi. O dedi ki, ərazilər qaytarılmayacaq, onlar Ermənistana aid olacaq” – dedi İlham Əliyev.

Azərbaycan prezidentini dediyinə görə, “Ermənistan iqtidarı öz mövqeyini dəyişməlidir və maksimalist mövqedən imtina etməlidir. O “Qarabağ – Ermənistandır” deməyi buraxmalıdır.

Əliyev qeyd edir ki, Azərbaycanın Xarici İşlər Naziri Cenevrəyə Minsk qrupunun səfirləri ilə görüşməyə gedir, haraya bu ayın əvvəlində Ermənistan prezidenti də getməli idi, ancaq o bu imkanı iqnor etdi, bu da onu göstəri ki, Ermənistan danışıqlar istəmir.