İlham Əliyev - Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac artırılacaq, Bakı-Supsa terminalından da istifadə etmək və onun işləməsini istəyirik
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin artmasından şad olduğunu bildirib.
O, Azərbaycanın Gürcüstana üç milyard dollar sərmayə qoyduğunu bildirib.
“İkitərəfli sazişə və formata gəlincə, ticarət dövriyyəsinin artmasından dolayı şadıq və son doqquz ayda bir milyard dollarlıq dövriyyəni keçmişik. Azərbaycan Gürcüstana xeyli sərmayə qoyub və investisiyalar əməkdaşlığı inkişaf etdirir. Azərbaycan Gürcüstana üç milyard dollar sərmayə qoyub və biz bunun hər iki tərəfə fayda gətirəcək investisiyalar olacağını hesab edirik.
Gələcək enerji siyasətindən danışdıq, baş nazirin dediyi kimi həyata keçirdiyimiz layihələrlə bağlı fikir mübadiləsi apardıq. Əməliyyat baxımından bu layihələr çox uğurludur və biz beynəlxalq bazarlara təbii qaz ixracını artırmaq üçün yeni layihələrə start verməyi səbirsizliklə gözləyirik. Biz növbəti illərdə 22 milyon kubmetr ixrac etmək və daha da artırmaq niyyətindəyik. Bu il biz Azərbaycan və Avropa arasında anlaşma memorandumu imzaladıq və növbəti beş il ərzində Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır.
İmkanlarımız var və biz 2027-ci il üçün Avropaya təxminən 20 milyard kubmetr təbii qaz ixrac etmək niyyətindəyik. Təbii ki, biz bunu Gürcüstanın baş naziri ilə müzakirə etdik. Müzakirə ediləcək yeni məsələlər olacaq. Bakı-Tbilisi-Ceyhan boru kəməri ixracı artıracaq, bu boru kəməri ilə ixrac artacaq və daha da yüklənəcək. Biz Bakı-Supsa terminalından istifadə etmək istəyirik, bilirəm ki, o, hazırda aktiv deyil, lakin bu kanalın da işləməsini istəyirik” -deyə İlham Əliyev bildirib.