İlham Əliyev: Bəzi Qərb siyasi dairələri anti-İslam əhval-ruhiyyə yaratmağa çalışır

12:55, 24.06.2026

İlham Əliyev: “Bəzi Qərb siyasi dairələri anti-İslam əhval-ruhiyyəsi yaratmağa çalışır”

İlham Əliyev bildirib ki, Qərbin bəzi siyasi dairələri, eləcə də Avropa İttifaqı Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq institutlar anti-İslam əhval-ruhiyyəsinin yayılmasına cəhd göstərir.

Onun sözlərinə görə, bu dairələr İslamı ekstremizm və terrorizmlə eyniləşdirir, İslam haqqında yanlış təsəvvürlər formalaşdırır və onu təhlükə mənbəyi kimi təqdim edirlər.

Əliyev qeyd edib ki, dünyada müsəlmanlara qarşı nifrətin yayılması, İslam mədəni irsinə hücumlar və İslam dəyərlərinin təhqir olunması geniş yayılıb.

“Bizim torpaqlarda İslam mədəni irsinə qarşı törədilən cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq təzahürüdür”, – deyə İlham Əliyev bildirib.

Oxşar