İlham Əliyev - Azərbaycan elektrik enerjisi ixrac etmək niyyətindədir və marşrutumuz mütləq Gürcüstandan keçəcək
İlham Əliyev - Azərbaycan elektrik enerjisi ixrac etmək niyyətindədir və marşrutumuz mütləq Gürcüstandan keçəcək

 

Azərbaycan beynəlxalq bazarlara elektrik enerjisi ixrac etmək niyyətindədir və marşrutumuz mütləq Gürcüstandan keçəcək – bu barədə Gürcüstanda olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə birgə mətbuat konfransında bildirib.

O , Gürcüstan və Azərbaycanın bu istiqamətdə də uğurlu əməkdaşlıq edəcəklərini bildirib.

“Yeni layihələr həm də elektrik enerjisi istiqamətində layihə və təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan beynəlxalq bazarlara elektrik enerjisi ixrac etmək niyyətindədir və marşrutumuz mütləq Gürcüstandan keçəcək. 10 GVt bizim bərpa olunan enerji potensialımızdır və Xəzər dənizi vasitəsilə 157 GVt ixrac etmək imkanımız var. Bu, beynəlxalq hesablamalar və proqnozlarla müəyyən edilmiş göstəricidir. İnanırıq ki, elektrik enerjisinin ixracı üçün yeni hədəf nöqtəsi olacaq və  digər istiqamətlərdə olduğu kimi, Gürcüstan və Azərbaycan bu istiqamətdə də uğurla birgə əməkdaşlıq edəcək və ümumilikdə əməkdaşlıq potensialımız, firavanlıq, enerji dəhlizləri potensialımız artacaqdır” – deyə İlham Əliyev bildirib.