İlham Əliyev - Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik…Xarici İşlər Nazirliyi harada idi? Mən Xarici İşlər nazirini tapa bilmədim
Azərbaycan prezidenti İlham Əliyev ölkənin Xarici İşlər Naziri Elmar Məmmədyarovun fəaliyyətini tənqid etdi.
Əliyevin dediyinə görə, Xarici İşlər Naziri, Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik zamanı heç bir reaksiya göstərməyib.
“Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim – suəl verdi İlham Əliyev.
İlham Əliyevin dediyinə görə, Azərbaycanın diplomatik fəaliyyəti passiv deyil, aktiv və hücüm edən olmalıdır.