İlham Əliyev ABŞ prezidenti tərəfindən erməni soyqırımının tanınmasını tarixi səhv adlandırdı
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Co Bayden tərəfindən erməni soyqırımının tanınmasını tarixi səhv adlandırdı.
Azərbaycanın “Trend” agentliyinin yaydığı məlumata görə, bu bəyanatı İlham Əliyev Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanla telefon söhbəti zamanı verib.
Türk həmkarı ilə söhbət zamanı İlham Əliyev deyib ki, Co Baydenin bəyanatını qeyri-məqbul hesab edir.
Əliyevin dediyinə görə, bu addım regiondaki əməkdaşlıq tendesiyalarına zərər verəcək.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bu gün Osmanlı İmperiyası tərəfindən erməni soyqırımının törədilməsini tarixi fakt kimi elan etdi.