İlham Əliyev - Türkiyənin sabitliyi bütün türk dünyası üçün vacib şərtdir
İlham Əliyev - Türkiyənin sabitliyi bütün türk dünyası üçün vacib şərtdir

“Türkiyə Cümhuriyyətinin sabitliyi bütün türk dünyası üçün mühüm şərtdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səkkizinci sammit toplantısında çıxışı zamanı deyib.

“Türkiyənin güclənməsi hər birimizə əlavə güc verir, ona görə də hamımız əziz qardaşım Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq. Azərbaycanda hər kəs Ərdoğanı müharibədən əvvəl də sevirdi və Dağlıq Qarabağ bölgəsində ikinci müharibə zamanı aldığı böyük dəstəyə görə o, Azərbaycan xalqının qəlbində həmişə olacaq”, – Əliyev deyib.

Onun sözlərinə görə, Qarabağda ikinci müharibənin nəticələri region üçün yeni imkanlar açır, o cümlədən nəqliyyat baxımından “Zəngəzur dəhlizi”nin açılması.

“Zəngəzur dəhlizi türk dünyasını, Avropanı və qonşularımızı birləşdirə biləcək layihədir və biz bu gün bu layihə üzərində fəal işləyirik”, – Əliyev əlavə edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səkkizinci sammit toplantısında “Türk dünyasının baxışı – 2040” adlı proqram təsdiqlənərək imzalanıb.