İlham Əliyev Serqey Şoyqu ilə görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin bəzi qonşu dövlətlər üçün nümunəvi olduğunu bildirir
İlham Əliyev Serqey Şoyqu ilə görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin bəzi qonşu dövlətlər üçün nümunəvi olduğunu bildirir

 

Azərbaycanın Prezidenti İlham Əliyev Rusiyanın sabiq müdafiə naziri Serqey Şoyqunu qəbul edib və Rusiya-Azərbaycan münasibətlərinin bəzi qonşu dövlətlər üçün nümunəvi olduğunu bildirib.

Hazırda Rusiyanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Serqey Şoyqu İrandan Azərbaycana gedib. İlham Əliyevlə görüşdə Şoyqu Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəklədiyini bildirib.

Azərbaycan mediasının yazdığı kimi, həmçinin Əliyevlə Şoyqunun görüşündə dırnaqarası “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə edilib.

İlham Əliyev qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri Cənubi Qafqazın, eləcə də daha geniş məkanın təhlükəsizliyi üçün mühüm amildir.