İlham Əliyev - Rusiyada, Ukraynada, hətta Gürcüstanın kəndlərində ermənilərlə azərbaycanlılar yan-yana yaşayırlar, niyə Azərbaycanda və ya Ermənistanda eyni uğurla yaşaya bilmirlər?
İlham Əliyev - Rusiyada, Ukraynada, hətta Gürcüstanın kəndlərində ermənilərlə azərbaycanlılar yan-yana yaşayırlar, niyə Azərbaycanda və ya Ermənistanda eyni uğurla yaşaya bilmirlər?

Rusiyada, Ukraynada, hətta Gürcüstanın kəndlərində ermənilərlə azərbaycanlılar yan-yana yaşayırlar, niyə Qarabağdan çıxan ermənilər eyni uğurla Azərbaycanda və ya Ermənistanda yaşaya bilmirlər? – bu haqda Azərbaycan prezidenti İlham Əliyev “Evronews”a verdiyi müsahibədə bəyan edib.

Azərbaycan Prezidentinin sözlərinə əsasən, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda heç bir etnik qrup dini və etnik mənsubiyyətinə görə heç bir qorxu və problemlə üzləşməyib.

“Yeri gəlmişkən, bu gün erməni əhali Azərbaycanın müxtəlif yerlərində problemsiz yaşayır. Rusiyada, Ukraynada, hətta Gürcüstanın kəndlərində ermənilərlə azərbaycanlılar yan-yana yaşayırlar. Niyə eyni uğurla Azərbaycanda və ya Ermənistanda yaşaya bilmirlər? Düşünürəm ki, bacarırlar”, – İlham Əliyev deyib.

Azərbaycan prezidenti onu da qeyd edib ki, Ermənistanla sülh sazişinin imzalanmasına ciddi maneə görmür.