İlham Əliyev - Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik, ərazi bütövlüyünün pozulması yolverilməzdir
İlham Əliyev - Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik, ərazi bütövlüyünün pozulması yolverilməzdir

Beynəlxalq hüququn pozulması, ərazi bütövlüyünün pozulması qətiyyən yolverilməzdir və biz bu haqda tam ortaq fikirdəyik”, – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə, Bioli Mərkəzində keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, Gürcüstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da həmişə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

“Cənab Baş nazirin artıq qeyd etdiyi kimi, Gürcüstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi kimi, biz də həmişə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik və ölkələrimizin, xalqlarımızın mənafeyinə uyğun olan bütün digər məsələlərdə də bir-birimizin yanında dururuq. Bu, beynəlxalq hüququn fundamental prinsipidir, beynəlxalq hüququn pozulması, ərazi bütövlüyünün pozulması qətiyyən yolverilməzdir və bu barədə bizim razılaşmamız və tam ortaq fikirlərimiz var”, – deyə İlham Əliyev bildirib.