İlham Əliyev - Ermənistanla sülh sazişinin ən mühüm şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir
İlham Əliyev - Ermənistanla sülh sazişinin ən mühüm şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir

 
Ermənistanla sülh sazişinin ən mühüm şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir-bu haqda Azərbaycanın Prezidenti İlham Əliyev bildirib.

Azərbaycanın Prezidenti, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və ona dəyişiklik edilənə qədər sülh sazişinin imzalanmayacağını bildirib.

Eyni zamanda, İlham Əliyev hesab edir ki, tərəflər danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətlə hərəkət edirlər.

“İnanıram ki, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Qeyd etməliyəm ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri əsasında razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra mətn tərtib edilməlidir. Hesab edirik ki, bu, variantlardan biri ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin. Onlar konstitusiyanı dəyişsələr, bu baş verəcək”- deyə İlham Əliyev açıqlayıb.