İlham Əliyev - Biz hər zaman və həmişə Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün tərəfdarı olacağıq, yan-yana iki dost, qardaş ölkə birlikdə irəliyə gedəcəyik
İlham Əliyev - Biz hər zaman və həmişə Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün tərəfdarı olacağıq, yan-yana iki dost, qardaş ölkə birlikdə irəliyə gedəcəyik

Mən ictimaiyyət qarşısında bir daha təkrar etmək istəyirəm – biz hər zaman və həmişə Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün tərəfdarı olacağıq,”- deyə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

İlham Əliyevin qeyd etdiyi üzrə, heç bir ölkənin suverenliyi və ərazisi dəyişdirilə bilməz, beynəlxalq hüquq normaları hamı üçün eyni olmalıdır, ayrı-seçkiliyə yol verilməməlidir.

“Bu illər ərzində biz beynəlxalq təşkilatlarda mühüm bəyanatlar verdik, bir-birimizi dəstəkləyirik və bundan sonra da buna davam edəcəyik. Heç bir ölkənin suverenliyi və ərazisi dəyişdirilə bilməz, beynəlxalq hüquq normaları hamı üçün eyni olmalıdır, ayrı-seçkiliyə yol verilməməlidir. Azərbaycan illərdir işğal altında olub və öz torpaqlarını azad etməyə nail olub. Biz yaxşı bilirik ki, beynəlxalq hüquq bəzən zorla tətbiq oluna bilər. Bu, BMT Nizamnaməsi kontekstində qanuni alternativdir və istənilən ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bu hüquqdan özünümüdafiə etmək hüququna malik olmasını nəzərdə tutur.

Gürcüstanın baş nazirinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Qonşu, dost ölkənin hökumət başçısının səfəri çox mühümdür və demək istəyirəm ki, bu tanışlıqdan sonra bizim münasibətlərimiz böyük dostluğa çevriləcək, çünki xalqımız  arasında dostluq münasibətləri var, nümayəndə heyətləri uzun illər birgə işləyiblər və artıq dost olublar. Sizin dəstəyinizlə biz iki dost və qardaş ölkə birlikdə irəliyə gedəcəyik, bütün məsələləri birlikdə həll edəcəyik. Bir daha, cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz”, – deyə Əliyev bildirib.