İlham Əliyev - Bakı-Tbilisi-Qars istiqamətinin artırılması, Orta Asiyadan Avropaya yüklərin daşınması üçün Gürcüstan limanlarından istifadə etmək bütün ölkələrin marağındadır
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcminin 75 faiz artdığını bildirib.
“Deməliyəm ki, dəmir yolu nəqliyyatı – Bakı-Tbilisi-Qarsın ötürmə qabiliyyətini beş milyon tona çatdırmaq olar. Gələn il biz bu dəhlizdə bu istiqamətdə daha çox kapital qoyuluşu həyata keçirəcəyik və daha çox maliyyə vəsaiti ayrılacaq. Biz bu marşrutdan Xəzər dənizi vasitəsilə, Azərbaycan və Gürcüstandan keçməklə Avropaya yük daşımaq, həmçinin yeni marşrutlar hazırlamaq üçün istifadə edəcəyik” – deyə İlham Əliyev bildirib.
Əliyevin Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə birgə bəyanatı zamanı qeyd etdiyi kimi, Bakı-Tbilisi Qars istiqamətinin artırılması, Mərkəzi Asiyadan Avropaya və əksinə yüklərin daşınması üçün Gürcüstan limanlarından istifadə etmək bütün ölkələrin marağındadır.
“Bilirsiniz ki, Bakı-Tbilisi-Qars istiqamətini artırmaq, yüklərin Mərkəzi Asiyadan Avropaya və əksinə daşınması üçün Gürcüstan limanlarından istifadə etmək bütün ölkələrin marağındadır. Hesab edirik ki, bu potensialı artırmaq imkanımız var. Yeni reallıq yaranır və biz buna hazır olmalıyıq. Deməliyəm ki, Bakı Beynəlxalq Dəniz Limanı və onun potensialı artacaq, daha çox investisiya qoyulacaq. Bu baxımdan biz Gürcüstanla nəqliyyat istiqamətində sıx əməkdaşlıq etməliyik, çünki bu, ümumi, birgə səy olmalıdır. Nəqliyyat potensialını inkişaf etdirmək üçün qonşularımızla əlaqələri inkişaf etdirməliyik, əks halda etibarlı tranzit ölkə ola bilmərik. Gürcüstan timsalında bizim dostumuz, qonşumuz, tərəfdaş ölkəmiz var. Enerji resurslarına bütövlükdə böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Xalqlarımızın, ölkələrimizin və dövlətlərimizin rəhbərlərinin dəstəyi ilə dostluğumuz bunun əsasıdır. Mən bu fürsəti görürəm və məni bu gözəl yerə dəvət etdiyi üçün Gürcüstanın baş nazirinə təşəkkür edirəm. Dost və qardaş xalqa əbədi firavanlıq arzulayıram” -deyə İlham Əliyev bildirib.