İlham Əliyev - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollar sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti beş milyon tona çatdırılacaq
İlham Əliyev - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollar sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti beş milyon tona çatdırılacaq

 

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollar sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti mövcud bir milyon tondan beş milyon tonadək artacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin Türkmənbaşı şəhərində keçirilən üçtərəfli görüşündə açıqlayıb.

O, Bakının 2017-ci ildə Ankara ilə birlikdə sözügedən dəmir yolu layihəsinə başladığını və yükdaşımaların uğurla həyata keçirildiyini bildirib.