İlham Əliyev - Bakı-Tbilisi-Qars dəmir yolu - tarixi əhəmiyyət daşıyan bir layihədir
İlham Əliyev - Bakı-Tbilisi-Qars dəmir yolu - tarixi əhəmiyyət daşıyan bir layihədir

Bakı-Tbilisi-Qars dəmir yolu – tarixi əhəmiyyət daşıyan bir layihədir” – bu bəyanatı Azərbaycan prezidenti İlham Əliyev dəmir yolunun açılış mərasimində verdi.

“Bugün keçirilən açılış mərasimində dost və qardaş ölkələrdən qonaqlarımız iştirak edirlər. Xüsusi ilə Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanı salamlayıram. Həmçinin, Gürcüstanın, Özbəkistanın, Qazaxstanın, Tacikistanın və Türkimənistanın baş nazirlərini salamlayıram və bi tədbirdə iştirak etdikləri üçün təşəkkürümü bildirirəm” – dedi Əliyev.

Azərbaycan prezidenti həmçinin qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropayı Asiya ilə birləşdirən ən qısa və ən qüvənli yoldur.

“Bu yol ilə, ilk mərhələdə beş milyon ton yükün keçirilməsi planlaşdırılır. Daha sonraki mərhələdə 17 milyon ton və daha sonra, yükün həcmi dahada artacaq. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya xəritəsinin əhəmiyyətli hssəsi olur” – dedi İlham Əliyev.