İlham Əliyev - Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr imkanımız var, Ermənistanın hazır olması halında, bu formata başlamağa bu gündən hazırıq
Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var, Ermənistanın hazır olması halında, bu formata başlamağa bu gündən hazırıq- bu barədə Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə görüşdən sonra birgə bəyanatlarla çıxış edərkən bildirib.
“Qarabağ müharibəsindən sonra yeni vəziyyət formalaşıb. Mən Gürcüstanın baş nazirinə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları barədə məlumat verdim və hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını tələb edir. Biz Ermənistanla artıq beş əsas prinsipi bölüşmüşük və ümid edirik ki, Ermənistan siyasi iradə nümayiş etdirəcək, sülh danışıqlarına başlayacaq və Azərbaycanla sülh sazişi imzalayacaq. Bu baş versə, Cənubi Qafqazda sülh bərqərar olacaq və əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Bu gün həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var, Ermənistanın hazır olması halında, bu formata başlamağa bu gündən hazırıq” – deyə Əliyev bildirib.