İlham Əliyev – Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir
Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir. – Bunu Azərbaycan Prezidenti İlham Əliyev açıqladı.
Azərbaycan prezidentinin fikrincə, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüququn öhdəliklərini yerinə yetirməlidir.
Əliyevin sözlərinə görə, Ermənistan birinci Qarabağ müharibəsində itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri barədə məlumat verməkdən imtina edir.
“Münaqişənin başa çatmasına baxmayaraq, təəssüf ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır nəticələri davam edir və insanların həyatı və ətraf mühit üçün böyük təhlükə yaradır. Ermənistan işğal etdiyi ərazilərimizdə zəhərləmək, torpaqlarımızı, çaylarımızı çirkləndirmək, meşələrimizi məhv etmək, şəhər və kəndlərimizi viran qoymaqla ekosid, urbisid və mədəni qətllər törədib.
İnsanların yaşamaq hüququnu təhdid edən, ətraf mühitə ciddi ziyan vuran çoxlu sayda mina var. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyət daşıyan mədəni irsi dağıdılıb, dini-mədəni abidələrimiz yerlə-yeksan edilib”. – İlham Əliyev dedi.
Azərbaycan Prezidenti onu da qeyd edib ki, Ermənistanda hərbi cinayətlər törədən insanlar qəhrəmanlaşdırılıb.